
Bakı.Trend:
Bakının Sabunçu rayonunda talama cinayəti qeydə alınıb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakıxanov qəsəbə sakininin yumaq məqsədilə
avtoyuma məntəqəsinə verdiyi avtomobilindən 8000 manat dəyərində
qızıl-zinət əşyası oğurlanıb. Bu barədə zərərçəkmiş polisə müraciət
edib.
Qeyd edilib ki, Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin
əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirilə əməli
törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 26 yaşlı
Ə.Namazov saxlanılıb.
Həmçinin məlumatda bildirilib ki, şöbə əməkdaşları tərəfindən
keçirilən digər tədbir zamanı isə zərərçəkmişə məxsus mopedi
oğurlamaqda şübhəli bilinən A.Şükürov da saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.