
Bakı. Trend:
Xırdalanda Quşçuluq yaşayış massivində təkər tullantıları
yanır.
Trend
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış
massivində təkər tullantıları yanır.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından
mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.