
Bakı.Trend:
Avqustun 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd
Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran
İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət
sərhədinin pozulması halının qarşısı alınıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti
məlumat yayıb.
Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat
tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 40 kiloqram
900 qram narkotik vasitə (37 kq 900 qram marixuana, 3 kq tiryək)
5000 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq
götürülüb.
Qeyd edilib ki, fakt üzrə əməliyyat-istintaq
tədbirləri davam etdirilir.
“Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin
edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların
prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri
uğurla davam etdirilir”-məlumatda bildirilir

