Polis mağazadan pul oğurlayan şəxsi saxladı

Hadisə

Bakı. Trend:

Nəsimi rayonunda talama cinayəti qeydə alınıb. Paytaxt sakininə
məxsus mağazadan 700 manat pul oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər
Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə
şübhəli bilinən 25 yaşlı Ə.Bədəlov tutulub.




Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən
keçirilən tədbir zamanı isə vətəndaşın bank kartından 1498 manat
pul oğurlamaqda şübhəli bilinən 22 yaşlı Z.Teymurxanov
saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.