Bakıda quldurluq edən keçmiş məhkum ələ keçdi

Hadisə

Bakı.Trend:

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi qeydə alınıb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs gecə saatlarında zərərçəkmişə zor
tətbiq edərək onun mobil telefonunu ələ keçirib.




Qeyd edilib ki, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama
cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 20
yaşlı Q.Qılmanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir