
Bakı. Trend:
Bakının Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsində baş verən
yol-nəqliyyat hadisəsi nəticəsində 1 ədəd işıqfor yararsız
vəziyyətə düşüb.
Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi
tərəfindən yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə
yeni işıqfor obyekti quraşdırılacaq.