Paytaxtda 46 yaşlı kişini öldürməkdə şübhəli bilinən qadın saxlanılıb

Hadisə

Bakı.Trend:

Ehtiyatsızlıqdan adam öldürməkdə şübhəli bilinən şəxs
tutulub.

Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, avqustun 19-də saat 03 radələrində Xəzər
rayonunun Şağan qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü Elşad
Şixiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1987-ci il təvəllüdlü Aysel Rufullayevanın
aralarında yaranmış mübahisə zamanı bıçaqla ehtiyatsız davranması
nəticəsində Elşad Şixiyevin almış olduğu xəsarətdən ölməsinə əsaslı
şübhələr müəyyən edilib.




Məlumatda qeyd olunub ki, faktla bağlı Xəzər rayon
prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan
adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Aysel Rufullayeva
polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib
və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Bildirilib ki, cinayət işi üzrə ibtidai istintaq davam
etdirilir.