
Bakı. Trend:
19.08.2025-ci il tarixində 1 nəfər (kişi cinsli) müxtəlif növ
xəsarətlərlə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə
hospitalizasiya olunub.
Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd
Trend-in
sorğusuna cavab olaraq bildirib.
Qeyd edilib ki, 1990-cı il təvəllüdlü şəxsə hər iki qabırğanın
fəsadlaşmamış yerdəyişmiş sınığı, burun və almacıq sümüyünün
sınığı, aşağı ətrafların zədələnməsi diaqnozu təyin olunub.
Bildirilib ki, zəruri ilkin tibbi yardım göstərilən şəxsin
müalicəsi Travmatologiya şöbəsində davam etdirilir. Vəziyyəti orta
ağır qiymətləndirilir.
Qeyd edək ki, dünən Qobustan kəndi ərazisində çayda balıq
tutarkən yaxınlıqdakı dərəlik ərazidən torpaq qatın qoparaq üzərinə
düşməsi nəticəsində 1987-ci il təvəllüdlü R.Əhmədov hadisə yerində
ölüb, 1990-cı il təvəllüdlü N.Osmanov isə Kliniki Tibbi Mərkəz
PHŞ-nə yerləşdirilib.

