Gəncədə avtomobilin aptekə çırpılması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb – YENİLƏNİB

Hadisə

Gəncə şəhərində avtomobilin aptekə çırpılması nəticəsində xəsarət alanların vəziyyəti məlum olub.

Bu barədə “Report”un Qərb bürosuna TƏBİB-dən məlumat verilib.

Bldirilib ki, avqustun 20-də saat 00:40 radələrində 2 qadın, iki kişi olmaqla 4 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif növ yüngül bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, 2 avtomobil toqquşduqdan sonra onlardan biri idarəetmədən çıxaraq yol kənarındakı aptekə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Gəncədə idarəetmədən çıxan avtomobil aptekə çırpılıb, xəsarət alanlar var.

“Report”un Qərb bürosunun məlumatına görə, Nizami Gəncəvi prospektində iki avtomobilin toqquşmasından sonra nəqliyyat vasitələrindən biri idarəetmədən çıxaraq yol kənarındakı aptekə çırpılıb.

Qəza nəticəsində 1994-cü il təvəllüdlü Ə. Məmmədli, 1992-ci il təvəllüdlü A. Məmmədova, 2004-cü il təvəllüdlü G. Məmmədova və bir azyaşlı xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.