Ağdərədə dağlıq ərazidə yanğın olub

Hadisə

Ağdərə rayonunun Canyataq kəndində yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, dağlıq ərazidə 9 ha sahədə quru ot, kol-kos və yaşayış olmayan, yararsız vəziyyətdə olan evin yanar konstruksiyaları yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir