Şəmkirdə 20 nəfər qidadan zəhərlənib

Hadisə

Bakı. Trend:

Avqustun 20-i saat 18:30 radələrindən başlayaraq, zəhərlənmə
əlamətləri ilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli, 9-u
uşaq olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım
şöbəsinə hospitalizasiya olunub.

Trend-in
məlumatına görə, bu barədə TƏBİB-dən bildiriblər.




Məlumata əsasən, göstərilən tibbi yardımdan sonra 15 nəfər
ambulator müalicə üçün evə buraxılıb, 5 nəfərin müalicəsi
xəstəxanada davam etdirilir. Vəziyyətləri qənaətbəxş
qiymətləndirilir. Şəxslərin dönərdən zəhərləndiyi ehtimal edilir.
Fakt araşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir