
Şəmkirdə zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Modern.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 14-ü azyaşlıdır.
Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
***
23:59
Şəmkir rayonunda kütləvi zəhərlənmə baş verib.
Modern.az xəbər verir ki, 20-dən çox şəxs qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, zəhərlənmə dönərdən qaynaqlanıb.
Faktla bağlı araşdırma aparılır.