Suraxanıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Hadisə

Bakı.Trend:

Avqustun 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində
1994-cü il təvəllüdlü Rasim Lariyonovun öldürülməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.

Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.




Bildirilib ki, ilkin araşdırmalarla 1975-ci il təvəllüdlü Emil
Hüseynovun aralarında baş vermiş mübahisə zamanı bıçaqla xəsarətlər
yetirərək Rasim Lariyonovu qəsdən öldürməsinə əsaslı şübhələr
müəyyən edilib.

Məlumatda qeyd edilib ki, faktla bağlı Suraxanı rayon
prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)
maddəsi ilə cinayət işi başlanıb, E.Hüseynov iş üzrə şübhəli şəxs
qismində tutulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir