Ağdərədə yanğın olan ərazidə partlayışlar olub, xəsarət alan var

Hadisə

Ağdərə rayonunda yanğın baş verən ərazidə partlayış qeydə alınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, nəticədə bir nəfər xəsarət alıb. Xəsarət alan şəxsin yanğınsöndürən nəfəri Babək Zeynalov olduğu bildirilir. Ona ilkin tibbi yardım göstərilib, Bərdə rayon mərkəzi xəstəxanasına köçürülür.

Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam edir.

Əraziyə FHN-nin yanğınsöndürən helikopterləri cəlb olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir