
Masallıda Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb.
“Report”un Cənub bürosunun məlumatına görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin axtarışları nəticəsində 67 yaşlı Mirmusa Aslanovun meyiti Viləşçay su anbarında aşkarlanıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Masallı rayonunun İsi kəndi yaxınlığında Viləşçay su anbarında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
FHN-dən “Report”a vrilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.