
Bakı. Trend:
Xəbər verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski
küçəsində tullantılar yığılmış sahədə yanğın baş verməsi barədə
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat
daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin qüvvələri cəlb olunub.
Trend
xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş
zəruri və təxirəsalınmaz tədbirlər sayəsində təkər və məişət
tullantıları yığılmış ərazidə baş vermiş yanğın hava şəraitinin
küləkli və yayılma riskinin yüksək olmasına baxmayaraq
genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən tikililərə keçməsinə
imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 300kv.m. sahədə təkər və məişət tullantıları
yanıb.
Yaxınlıqda yerləşən avtomobil təmiri sexi və fərdi yaşayış evi
yanğından mühafizə olunub.
xxx
17:03
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsində tullantılar yığılmış
sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Trend
xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam
etdirilir.
Əlavə məlumat veriləcək.
Xəbər yenilənəcək

