
Ağcabədi. Trend:
Ağcabədidə maye qaz doldurma məntəqəsində baş verən partlayış
zamanı 3 nəfər xəsarət alıb.
Trend-in Qarabağ
bürosunun xəbərinə görə, partlayış hadisəsi rayonun Avşar kəndi
ərazisində yerləşən maye qaz doldurma məntəqəsində baş verib.
Baş vermiş partlayış zamanı 1979-cu il təvəllüdlü Qurbanov
Ruslan İslam oğlu, 2013-cu il təvəllüdlü Şükürov Ramil Samir oğlu
və 1988-ci il təvəllüdlü Şükürov Samir Hüseyn oğlu müxtəlif
dərəcəli xəsarət alaraq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına
çatdırıb. Hadisə yerinə FHN-nin Ağcabədi rayon yanğınsöndürən
əməkdaşları gələrək yanğını söndürüb.
Yanğının geniş ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma başlanıb.