Goranboyda iki yük avtomobili toqquşdu –

Hadisə

Goranboyda yol qəzası olub.

Milli.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun  ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan  iki yük avtomobili toqquşub. Qəza zamanı xəsarət alan olmasa da  yük avtomobillərinə ciddi ziyan dəyib. Qəzadan sonra yolda avtomobillərin hərəkətində çətinliklər yaranıb. Əraziyə DYP  əməkdaşları cəlb edilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir. (Unikal)
 

Milli.Az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir