
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti
tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində
yerləşən boya istehsalı zavodundakı yanğınla mübarizə tədbirləri
davam etdirilir.
Trend
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, yanğının söndürülməsi üçün ərazidə kifayət qədər
texnika və canlı qüvvə fəaliyyət göstərir. Havanın güclü küləkli
olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də ərazinin
bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
Əlavə məlumat veriləcək.
XXX
12:15
Xəbər verildiyi kimi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində
boya istehsalı zavodunda yanğın baş verib və dərhal əraziyə
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin
qüvvələri cəlb olunub.
Trend
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, yanğından mühafizə bölmələrinin operativ
müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
XXX
11:07
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda
yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Trend
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam
etdirilir.
Əlavə məlumat veriləcək.

