Polis bank kartlarından silsilə oğurluqlar edən şəxsləri saxlayıb

Hadisə

Bakı.Trend:

Paytaxtın Səbail və Sabunçu rayonlarında altı nəfərə məxsus bank
kartlarından ümumilikdə 3502 manat pul oğurlanıb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu barədə zərərçəkən şəxslər polisə müraciət
ediblər.




Məlumatda deyilir ki, polis əməkdaşları tərəfindən həyata
keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini
törətməkdə şübhəli bilinən 40 yaşlı E.Fəttahov, 32 yaşlı
O.Abdurəhimli, 21 yaşlı R.Rəhimov və 17 yaşlı S.Fərzəlizadə
saxlanılıblar.

Qeyd edilib ki, bu şəxslərin analoji hadisələrdə iştirakının
olub-olmaması ilə bağlı araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir