Ceyranbatanda açıq sahədə yanğın baş verib

Hadisə

Bakı.Trend:

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində açıq sahədə yanğın baş
verib

Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin
qüvvələri cəlb edilib.




Qeyd olunub ki, FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində açıq
ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq
genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Məlumatda deyilir ki, yanğın nəticəsində 3 ha sahədə quru ot və
kol-kos yanıb. Ərazidəki ağaclar yanğından mühafizə edilib.