Astarada 47 yaşlı qadın qətlə yetirilib, oğlu şübhəli bilinir

Hadisə

Astara rayonunda oğul anasını qətlə yetirib.

“Report”un cənub bürosunun məlumatına görə hadisə şəhər ərazisində baş verib.

Belə ki, şəhərin H.Aslanov küçəsi ev 57-də qeydiyatda olan 1999-cu il təvəllüdlü Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası, 1978-ci il təvəllüdlü Məhəbbət Nurəddin qızı Qasımovaya 4 bıçaq zərbəsi yetirərək onu qətlə yetirilib. Hadisənin qısqanclıq (namus) üstə baş verdiyi söylənilir. Hadisə yerinə hüquq mühafizə orqanları əməkdaşları gəlib. Meyit müayinə olunmaq üçün aidiyyati üzrə təhvil verilib. Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.

MƏLUMAT YENİLƏNİR