Astarada qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Hadisə

Bakı. Trend:

Avqustun 22-də saat 15 radələrində Astara şəhər sakini 1978-ci
il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə öldürülməsi barədə
rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Trend-in sorğusuna
cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən məlumat
verilib.

Bildirilir ki, ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Murad
Kazımzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər
yetirərək anası Məhəbbət Qasımovanı qəsdən öldürməsinə əsaslı
şübhələr müəyyən edilib.




Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. M.Kazımzadə
iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir