Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə “Azneft” dairəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Quliyev Raul Abbasqulu oğlu müxtəlif bədən xəsarətləri alıb.
Yaralı əraziyə çağırılan təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
