Fotoları ilə şantaj olunan şəxs canına qəsd edib – Dəhşətli intiharın TƏFƏRRÜATI

Hadisə

Mayın 8-i saat 22 radələrində rayon sakini A.B.-nin yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki ağacdan özünü asaraq intihar etməsi faktı ilə bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə Şəki Rayon Prokurorluğu məlumat yayıb.

Aparılan istintaqla müəyyən edilib ki, Bakı şəhər sakini S.M. A.B.-yə məxsus rüsvayedici foto və məlumatları yayacağı ilə bağlı hədə-qorxu gələrək sonuncunu özünü öldürmə həddinə çatdırıb.

17 may 2022-ci il tarixdə S.M. Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir