Dörd gün əvvəl Xaçmazın Niyazoba kəndində oğulun 59 yaşlı atasını öldürdüyü hadisənin təfərrüatı məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ilkin araşdırmalar nəticəsində Pərvin Neymətovun atasını süfrə başında qətlə yetirməsi üzə çıxıb.
Belə ki, mayın 14-də P.Neymətov atası, anası və həyat yoldaşı ilə birgə nahar edərkən ailədaxili münaqişə yaranıb. Bu zaman atası Hacıkərim Neymətovun söyüşlə danışmasından əsəbiləşən şəxs sərxoş halda bıçaq götürərək ona hücum edib. Pərvinin ağır xəstəlikdən əziyyət çəkən anası və həyat yoldaşı ona mane olmağa çalışsalar da, o, atasının döş qəfəsi nahiyəsinə 1 zərbə endirib. Ürək nahiyəsindən ağır xəsarət alan kişi hadisə yerində ölüb.
Hadisəni törədən P.Neymətov traktorçu olub. O, saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
www.RIA24.az