Xına qoymaq adı ilə qonşuya çağırılan 15 yaşlı qızı belə oğurlayıblar – TƏFƏRRÜAT

Hadisə

Şəki Ağır Cinayətlər Məhkəməsində ötən ilin 7 avqust tarixində Zərdabın Alıcanlı kəndində 15 yaşlı qızı qaçıran şəxslərə hökm oxunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Elvin Məmmədli, onun qardaşı arvadı Aygün Məmmədli və dostu Orxan Səmədov (soyadlar şərtidir) Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndiriliblər.

Məlum olub ki, hadisədən əvvəl Elvin qonşuluqda yaşayan 15 yaşlı qızla evlənmək istədiyini və onu qaçırmağı planlaşdırdığını deyib. Bu məqsədlə o, qardaşı arvadı Aygünün köməyindən istifadə edib. Belə ki, Aygün qonşu qızını saçına xına qoymaq adı ilə aldadaraq yaşadığı evə çağırıb. Burada onlar qızı zorla Orxanın maşınına salaraq Ucar istiqamətinə aparıblar və Aygünün qardaşının evinə gətiriblər.

Daha sonra hadisə ilə bağlı polisə məlumat verilib və yetkinlik yaşına çatmayan qız ailəsinə geri qaytarılıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Məmmədliyə 10 il 3 ay, onun dostu və avtomobilin sahibi Orxan Səmədova 10 il, Aygün Məmmədliyə isə beş il azadlıqdan məhrumetmə cəzası verilib. Aygünün cəzası iki il sınaq müddəti təyin edilməklə şərti hesab edilib və o, azadlıqda qalıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir