Azərbaycanda polis qaçmaq istəyən şəxsi tutarkən havaya atəş açıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitə və soyuq silah saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Mirzəli saxlanılarkən o, tabesizlik göstərərək qaçmağa cəhd edib.
Bu zaman polis əməkdaşı tabel silahından havaya bir dəfə atəş açıb və görülən tədbirlərlə K.Mirzəli saxlanılıb.
Şəxsi axtarış zamanı K.Mirzəlidən heroin və beşbarmaq aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
www.RIA24.az