Vəzifəli şəxsi erotik görüntüləri ilə şantaj edən jurnalist kassasiya şikayəti verib

Hadisə

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilərək həbs edilən jurnalist, “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərov (Xəttab) Bakı Apellyasiya Məhkəməsinə kassasiya şikayəti verib.

Trend-in məlumatına görə, jurnalist şikayətində Ali Məhkəmədən bəraət istəyib.

Şikayət Ali Məhkəmədə hakim İlqar Qılıcovun icraatına verilib.

Qeyd edək ki, rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri “Azadinfo.az” xəbər paylaşımı platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə iki min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mahir Ələkbərov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət versə də, adıçəkilən məhkəmə hökmü qüvvədə saxlayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir