Oğuz rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Şirvanlı kəndində qeydə alınıb.
Kənddə yerləşən fərdi yaşayış evlərindən birində baş verən yanğın nəticəsində evdə yaşayan yaşlı qadın (ad və soyadı dəqiqləşdirilir – red.) yanaraq ölüb.
Yanğının söndürülməsi üçün əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
www.RIA24.az