Nişanlı qız oğlan evini yola salıb özünü asdı

Hadisə

Kürdəmirdə 18 yaşlı qız intihar edib.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Xəlsə kəndində yaşayan 2004-cü il təvəllüdlü Aidə Məmişova özünü evin həyətindəki hində asaraq həyatına son qoyub.

İlkin araşdırmalar zamanı məlum olub ki, Xəlsə kənd doqquzillik məktəbi bitirən A.Məmişova ötən il qonşu kənddən olan oğlanla nişanlanıb. Yaxın günlərdə onun toyu planlaşdırılıbmış.

Belə ki, ötən gün oğlanın ailəsi qızgilin evinə gələrək toyun tarixini və digər detalları müzakirə ediblər. Qonaqlar gedəndən sonra A.Məmişovanın həyətdə cehizlik yorğan-döşək üçün yun təmizləyən anası ona toyuqlara dən atmasını tapşırıb. Hinə gedən 18 yaşlı qız az sonra qışqırmağa başlayıb. Ailə üzvləri onun ilandan qorxduğunu düşünüblər. Az sonra ora daxil olan qızın qardaşı bacısının özünü asdığını görüb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir