Nəcməddin Sadıkovun həbs olunan “sağ əli” ilə bağlı yeni DETALLAR

Hadisə

Bir neçə gün öncə həbs edilən Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev barəsində yeni məlumatlar əldə olunub.

Bizim.Media xəbər verir ki, hazırkı mərhələdə iş üzrə 17 nəfər zərərçəkmiş şəxs kimi tanınıb.

Məlum olub ki, Z.Niftəliyev MN-in vəzifəli şəxsləri ilə əlbir olaraq həm müddətli hərbi qulluqçuların, həm də zabit-gizir heyətinə daxil olan hərbi qulluqçuların xidməti yerlərinin pul müqabilində dəyişdirilməsini təmin edib.

Qadın hərbi qulluqçuların isə qanunsuz yolla xidmətə qəbul edilmələrini təşkil edib. Onun qanunsuz sahibkarlıqla da məşğul olduğu bildirilir.

Həmçinin bildirilir ki, Z.Niftəliyevin qanunsuz əməllərindən ziyan çəkmiş şəxslərin dairəsi genişlənməkdədir.

Hazırda Z.Niftəliyev dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə təhrik etmədə ittiham (Cinayət Məcəlləsi, maddə 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4 312.2) olunur.

Lakin ibtidai istintaqın gedişində onun barəsindəki ittihamın daha ağır maddələrə tövsif olunma ehtimalı var. Qeyd edək ki, Z.Niftəliyev ordunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı, “sağ əli” hesab olunurdu.

Qeyd edək ki, o, “Şlyapa Zahid” ləqəbi ilə tanınıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir