Bakıda bank hesabından 8 500 manat oğurlanıb

Hadisə

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə Bakı şəhər sakini Y.Əhmədovun bank hesabından 8500 manatın oğurlanması barədə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Xalid İsayev müəyyən edilərək saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir