Neftçalada qeyri-adi OĞURLUQ: Mağazanı soyub, borc dəftərlərini yandırıb

Hadisə

Neftçala rayonunun Təzəkənd kəndində oğurluq olub.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Belə ki, iddialara görə, 17 yaşlı rayon sakini qonşu kəndin mağazasına girib.

İlkin məlumata görə, ərzaq malları oğurlayıb, oranı tərk edəndə isə 15 min manat borc siyahısı  olan dəftərləri yandırıb.

Bu barədə Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, mart ayının 31-də gecə saatlarında vətəndaş A.Ağayevə məxsus Neftçala rayonu Təzəkənd kəndi ərazisində yerləşən mağazada baş verən oğurluq hadisəsi ilə bağlı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb:

“Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən bir yeniyetmə saxlanılıb. Dindirilmə zamanı həmin yeniyetmə törətdiyi əməli etiraf edib.

Araşdırmalar zamanı onun mağazadan müxtəlif növ içki və siqaret oğurladığı, eləcə də vətəndaşların sahibkara olan borc siyahısını yandıraraq məhv etdiyi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir”.

Könül Cəfərli

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir