Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən may ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 45 nəfər tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Saxlanılan şəxslərdən 40 nəfəri barəsində məhkəmə tərəfindən həbs, beşi haqqında isə polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib.
Onlardan ümumilikdə 30 kiloqram 500 qram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən üçü rayon ərazisində yaşadığı evdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil edib.
www.RIA24.az