Bloqer Əvəz Hafizlinin qətli ilə bağlı YENİ XƏBƏR

Hadisə

Bakıda əmisi oğlu olan bloqeri qətlə yetirməkdə təqsirləndirilən Əmrulla Güləliyevin barəsində olan cinayət işi üzrə istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il fevral ayında Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.

24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, yaşıdı Əvəz Şıxməmmədovu (Hafizli) bıçaqla qətlə yetirib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub. O, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Ə.Güləliyev tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, Əvəz Hafizli bloqer olub, həmçinin, sosial şəbəkələrdə yayılan məlumata görə, LGBT fəalı kimi tanınıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir