Şəmkirdə bıçaqlanma olub.
“Report” xəbər verir ki, hadisə şəhərin mərkəzi ərazisində qeydə alınıb. Rayon sakini, 2001-ci il təvəllüdlü M.Hacıyev mübahisə zəminində bıçaqlanıb.
Yaralı xəstəxanaya aparılıb.
Hadisənin təfərrüatları hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
www.RIA24.az