Zaqatalada bir tondan artıq narkotik tərkibli bitki məhv edilib – FOTO

Hadisə

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbir nəticəsində Dağlı kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, ümumi çəkisi 1 ton 230 kiloqram olan 2018 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir