Arağa görə anasını işgəncə ilə öldürən kişiyə hansı cəza verildi?

Hadisə

Gəncədə anasını amansızlıqla döyən və bununla da onun ölümünə səbəb olan Ramin Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

“Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 32 yaşlı R.Rüstəmova 10 il 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında baş verib. Belə ki, Ramin sərxoş halda anası, 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovadan yenidən spirtli içki alması üçün pul istəyib. Ananın oğluna irad tutması isə Ramini özündən çıxarıb. Oğul əvvəlcə anasının baş və bədən nahiyəsinə yumruq zərbələri endirib. 

Bundan sonra anası yataq otağındakı çarpayının üzərinə yıxılıb. Ramin daha sonra evin həyətindəki paltar sərmək üçün nəzərdə tutulmuş kəndiri götürüb təkrarən yataq otağına qayıdaraq anasını iplə möhkəm döyüb. 

Bunun davamında isə kəndiri anasının boğazına dolayaraq onu boğmağa başlayıb. Bu azmış kimi, Ramin həmin an Svetlana Rüstəmovanı üzəri mismarlı taxta ilə də döyüb.

S.Rüstəmova aldığı xəsarətlərlə qızının evinə aparılıb. Ötən ilin avqustun 7-də orada aldığı xəsarətlər nəticəsində vəfat edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir