Gəncədə qadın xəyanətə görə əri tərəfindən qətlə yetirildi

Hadisə

Gəncə şəhərində qadın qətlə yetirilib.

Oxu.Az-ın məlumatına görə, 1997-ci il təvəllüdlü Aynurə Bayramovanın həyat yoldaşı boğaz nahiyəsindən bıçaqla xəsarət yetirməklə onu öldürüb. 

Qadının qətlə yetirilməsinin xəyanətə görə olduğu qeyd edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, iyun ayının 23-də günorta radələrində Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini 1997-ci il təvəllüdlü Aynurə Bayramovaya şəhər ərazisində bıçaqla qətlə yetirilməsi barədə məlumat daxil olub:

“Dərhal polis və şəhər prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, A.Bayramovanın həyat yoldaşı Rauf Vəliyev “isti izlər”lə saxlanılaraq istintaqa təhvil verilib. Fakta bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir”.

İlhamə Əbülfət

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir