Yardımlıda bir tondan artıq narkotik tərkibli bitki məhv edilib

Hadisə

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi çəkisi 1 ton 282 kiloqram olan 8756 ədəd xaş-xaş bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir