Bayram yasa döndü: Anasını qorumaq istəyərkən içkili atasını öldürdü

Hadisə

Bakıda atasını öldürən şəxsin məhkəməsi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə atası Ramiz Kərimovu yumruqla xəsarət yetirərək öldürmüş İlqar Kərimov 5 il müddətə azadlıqdan məhrum edilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, o, atasına ağır xəsarət yetirməklə ehtiyatsızlıqdan ölümünə səbəb olub.

Xatırladaq ki, hadisə ötən il Novruz bayramında yaşanıb. Buzovna qəsəbəsində yaşayan ailə bayram süfrəsinə əyləşib. R.Kərimov spirtli içki qəbul edərək arvadı ilə dalaşıb. İ.Kərimov atasını sakitləşdirməyə çalışarkən onu yumruqla vurub. 2 gün sonra kişi evdə vəfat edib.

İlqar Kərimov məhkəmədə deyib ki, atasını öldürmək fikri olmayıb:

“Atam həmişə içən olub, hər ailədə olduğu kimi bizdə də mübahisələr yaşanırdı. Atamın hərəkətləri evdəkiləri hövsələdən çıxarsa da, bir dəfə də olsun ona əl qaldırmamışam. Bayram axşamı süfrəyə əyləşdik. Atam araq almışdı. Onu içib qutarandan sonra anama dedi ki, gedib dükandan yenə araq alsın. Anam bu qədər çox içməklə canına qəsd etdiyini və araq almayacağını bildirdi. Atam əsəbiləşib rus dilində söyüş söyməyə başladı. Onu sakitləşdirmək istəsəm də, məni itələyib stolun üzərindəki boşqabı götürüb anamın başına çırpdı. Həmin vaxt özümü itirib atamın sağ gözündən yumruq vurdum. 2 gün sonra vəziyyəti pisləşdi. Təcili yardım çağırdıq. Onlar gələndə artıq atam ölmüşdü. Üzərində gözə çarpacaq xəsarǝtlər olduğu üçün təcili yardım briqadası polisi evə dəvət etdi. Şübhəli şəxs qismində saxlanıldım”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir