Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli vasitələri satış məqsədi ilə əldə etməkdə şübhəli bilinən rayon sakinləri Vaqif Əsədov və Vüsal Abdullayev saxlanılıblar.
Həmin şəxslər Beyləqan rayonu ərazisindən keçən magistral yolda müəyyən ediliblər. Onlara məxsus torbaya baxış keçirilən zaman beş ədəd polietilen qablaşdırmada ümumi çəkisi 5 kiloqram 430 qram olan heroin və 300 ədəd güclü təsiredici xassəyə malik preqabalin həbləri aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə cinayət işi başlanılıb və adıçəkilən şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
www.RIA24.az