Gəncə sakininin evindən silah-sursat tapılıb

Hadisə

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 4-cü Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Rəşad Abbasov saxlanılaraq PB-yə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilib və oradan bir ədəd “F1” əl qumbarası, bir ədəd “UZRQM” partlayıcı, iki ədəd “Kalaşnikov” avtomatına məxsus daraq, 55 ədəd 5.45 mm-lik patron, iki ədəd pulemyot patronu və iki ədəd 7.62 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.

Həmin maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir