“Yaşar Aydəmirovun əmisi oğluyam” deyib 14 min pul aldı

Hadisə

Ehtiyatda olan general-leytenant, sabiq birlik komandiri Yaşar Aydəmirovun qohumu onun adından istifadə edərək dələduzluq edib.

“Qafqazinfo” xəbər verir ki, David Aydəmirov adlı şəxs Yaşar Aydəmirovun əmisi oğlu olduğunu deməklə iki nəfəri aldadaraq pullarını alıb. O vəd verib ki, guya tanışlıq əlaqələri sayəsində onları Fövqəladə Hallar Nazirliyində işə düzəldəcək. Bununla da həmin şəxslərin ümumilikdə 14 050 manatını ələ keçirib. Daha sonra məlum olub ki, o, generalın əmisi oğlu yox, çox uzaq bir qohumudur.

Qusar Rayon Prokurorluğunda başlanılan cinayət işinin istintaqı tamamlandıqdan sonra D.Aydəmirov Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub. Məhkəmə ona 5 il 6 ay müddətinə həbs cəzası verib. David Aydəmirov məhkəmə dövründə vurduğu ziyanı ödəyib.

Qeyd edək ki, Yaşar Aydəmirov vaxtilə II Ordu Korpusunun komandiri olub. Daha sonra Silahlı Qüvvələrin Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin rəisi işləyib. 2002-ci ildə general-leytenant rütbəsi alıb. 2014-cü ildə ehtiyata buraxılıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir