Boynunda ip olan şəklini çəkib sevgilisinə yolladı, sonra intihar etdi – Bakıda DƏHŞƏTLİ HADİSƏ

Hadisə

Bakının Sabunçu rayonunda intihar qeydə alınıb.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.

Şuşa şəhərciyində yaşayan 17 yaşlı Mürsəlov İsa Elşən oğlu özünü asaraq öldürüb.

Onun meyiti müayinə olunması üçün morqa yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Yaxınlarının hüquq mühafizə orqanın əməkdaşlarına verdiyi məlumata görə, E.Mürsəlov özünü asmamışdan qabaq boynuna keçirdiyi iplə şəkil çəkdirib.

Həmin şəkili sevdiyi qıza göndərib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir