Bakıda gənc oğlan bıçaqlandı

Hadisə

Bakının Suraxanı rayonunda bıçaqlanma baş verib.

Lent.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

İlqar Əhlimanov küçəsində 1990-cı il təvəllüdlü Bağırov Bəhrəm İbrahim oğlu tanımadığı şəxsin hücumuna məruz qalıb.

Naməlum şəxs ona iki bıçaq zərbəsi endirib. 

Bıçaq xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

Fakt araşdırılır.

www.RIA24.az