Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, 16 yaşlı A.Əliyevdən marixuana aşkar edilib. Polis əməkdaşları tərəfindən onun marixuananı əmisi Məcid Əliyevin evindən götürdüyü müəyyən olunub. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə M.Əliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 23 ədəd çətənə kolu, oradakı yardımçı təsərrüfatdan isə 31 qrama yaxın marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.


www.RIA24.az