Yevlaxda polisə xəsarət yetirilməsinin TƏFƏRRÜATI: Atası saxlanılarkən…

Hadisə

Yevlaxda əməliyyat zamanı polisə xəsarət yetirilməsinin təfərrüatı məlum olub.

Bu barədə Baş prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıblar.

Qeyd olunub ki, Yevlax rayonunun Hacıselli kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin əraziyə gediblər.

Narkotik tərkibli bitkilərin əkilib-becərilməsini təşkil edən, əvvəllər məhkum olunmuş kənd sakini Röyal İsmayılov və atası Müşviq İsmayılov saxlanılarkən R.İsmayılov polis əməkdaşına kəsici alətlə xəsarət yetirib. O, hadisə yerindən qaçsa da, atası saxlanılıb. Həmin gün ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), Rayon Polis Şöbəsində isə Cinayət Məcəlləsinin 237.2.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) və 237.2.3-cü maddələri ilə cinayət işi başlanıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Röyal İsmayılov da saxlanılaraq təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib. Onun atası M.İsmayılovla birgə Hacıselli kəndi ərazisində əlavə olaraq kultivasiya yolu ilə yetişdirdikləri 40 ədəd çətənə kolu (ümumilikdə 90 ədəd kol) və üç kiloqram qurudulmuş marixuana da aşkar edilərək götürülüb.

Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir