Dörd nəfərdən hədə-qorxu ilə pul tələb edən baş redaktor saxlanılıb

Hadisə

Göygöl rayonunda sayt rəhbərinin heç bir səbəb göstərilmədən saxlanıldığı iddia edilib. 

Qeyd olunub ki, “Demokratik.az” saytının rəhbəri (baş redaktor) Osman Nərimanoğlu Göygöy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Göygöl Rayon Polis Şöbəsinə dörd nəfər həmin baş redaktorun onlardan hədə-qorxu ilə pul tələb etməsi barədə müraciət edib:

“RPŞ-də həmin şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Həmin araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir